AZ

ABŞ-dən ŞOK İran açıqlaması: Rejim dəyişikliyi üçün...

“Prezident Donald Tramp İranın tez bir zamanda dağılacağı fikrini yalnız Benyamin Netanyahudan ala bilərdi”. News.am saytının xəbərinə görə, MKİ zabiti Con Kiriakou bu barədə Taker Karlsona verdiyi müsahibədə bildirib. “MKİ-nin təhlili onilliklərdir dəyişməz olaraq qalır. Biz 93 milyon əhalisi olan bir ölkəyə, sadəcə, raketlər atıb hökuməti devirə bilmərik. Bu işə yaramır. Onlar öz liderlərinin ətrafında birləşəcəklər, çünki biz kənar adamlarıq”, - deyə o qeyd edib.

John

Doğurdanmı yəhudi baş nazir Ağ Ev liderini çaşdırıb? İranda rejim dəyişikliyi necə baş verə bilər?

Professor Qabil Hüseynliyə görə, ABŞ tək Trampdan ibarət deyil və verilən qərarlar konsensus əsasında qəbul olunur. Onun fikrincə, Netanyahunun Trampa təsiri istisna deyil, lakin hərbi əməliyyatlara başlamaq üçün ABŞ Mərkəzi Komandanlığı, Pentaqon, Dövlət Departamenti təhlillər aparır, hazırlıq görür: "ABŞ İranı zəiflətməyi illərdir ki, hədəf kimi qarşısına qoyub. Sadəcə, genişmiqyaslı hücum məhz Trampın prezidentliyi dövründə həyata keçirildi. Halbuki bura qədər qət edilən yol var idi. Çünki məqsəd Suriya, Venesuela və İranı Çinin təsir orbitindən çıxarmaq olub. O səbəbdən də, strateji addımları nəzərdən qaçırmaq olmaz. Bu gün İran Çinin proksi gücü kimi görünür. Ona görə də müharibəni Trampı Netanyahunun qızışdırması, onu təhrik etməsi kimi dəyərləndirmək birtərəfli mövqedir. Sözsüz ki, təsiretmə qabiliyyəti, inandırmaq gücü var, amma İranı vurmaq planı həmişə olub".

İranda

Professor İranda rejimin demontaj olmadığını, fəqət ciddi surətdə zəiflədiyini hesab edir: "Əli Xamenei kimi inqilabın sonuncu sağ qalan lideri öldürüldü. Bu, sistemin ciddi şəkildə zəifləməsidir. Çünki lider yoxdursa, içəridə ona bağlı qüvvələrlə digərlərinin hakimiyyət rəqabəti başlayır. Eyni zamanda, idarəetmədə köklü dəyişikliklər baş verir. Xamenei sağ olanda hamı ona biət edirdi və ali rəhbərin əmrlərinə tabe idi. İndi isə onun oğlu rəhbər seçilib, amma hələ də üzə çıxmır. Hər şey məhz oğlunun həyatda olub-olmadığını sübut etməkdən asılıdır. İkincisi, kifayət qədər təsir gücünə malik şəxslər öldürülüb. Yəni sistem sökülüb, içindən qabıq verir. Sadəcə, xalqın rejimin süqutu üçün proseslərdə iştirak etməməsi Trampla Netanyahunun planlarını pozdu. O mənada, keçmiş MKİ nümayəndəsi haqlıdır ki, 90 milyonluq ölkəyə raket atmaqla hökumət dəyişmir. Odur ki, SEPAH faktoru önə çıxıb və İranı hərbi rejim idarə edir. Amma getdikcə zəifləyən İran rejimi əvvəlki olmayacaq. Bu siyasi sistem mövcud olsa da, zəif bir halda, get-gedə gücünü itirərək, yerini içindən çıxan fərqli qüvvə tutacaq. Ola bilsin ki, SEPAH və Vilayəti-Fəqih sistemi qalacaq, amma əvvəlkinə oxşamayacaq".

Emil Salamoğlu
Musavat.com

Seçilən
72
musavat.com

1Mənbələr