Bizimyol saytına istinadən ain.az xəbər verir.
Ukraynada səfərbərliyin çətin getdiyi, könüllü şəkildə orduya qoşulmaq istəyənlərin demək olar ki, qalmadığı bildirilir.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər üzrə komandanı Robert Brovdi açıqlama verib.
Onun sözlərinə görə, artıq döyüşmək istəyənlər orduya qoşulub, ölkəni tərk etmək istəyənlər isə gedib, gizlənənlərə isə ümid bağlamaq mümkün deyil.
Brovdinin fikrincə, gizlənən şəxslər ordu üçün faydalı resurs sayılmır və onların üzərinə hesab qurmaq düzgün deyil. Onun açıqlaması Ukrayna mediasında dərc olunub.
Qeyd edək ki, Robert Brovdi Rusiyada qiyabi olaraq məhkum edilib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, o, Ukrayna Silahlı Qüvvələrinin 414-cü pilotsuz sistemlər briqadasına rəhbərlik etdiyi dövrdə Kursk və Belqorod vilayətlərində mülki ərazilərə yaxın yolların minalanması barədə əmr verməkdə ittiham olunur.
Rusiya tərəfinin iddiasına əsasən, 2025-ci ilin martında Kursk vilayətində baş verən partlayış nəticəsində “Birinci Kanal”ın jurnalisti həlak olub, digər media nümayəndələri isə yaralanıb. Brovdi bu hadisələrlə bağlı beynəlxalq axtarışa verilib və ümumilikdə 46 cinayət epizodunda ittiham olunur.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.