AZ

Pünhanla bağlı daha bir xəbər: Bu dəfə Nəfəs...

ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Müğənni Nəfəs həmkarı Pünhan Piriyevə dəstək olub.

“Yeni Sabah” xəbər verir ki, ifaçı sosial media hesabında paylaşım edərək bildirib ki, onun haqqında danışılan sözlərlə razı deyil:

“Bir açılışda baş verən hadisəni orada olan bütün insanlar gördü. Bununla bağlı video da yayıldı. Pünhan orada bir insanın mənə qarşı davranışını gördü və ona görə bu cür reaksiya verdi. Onu tanıyan hər kəs necə insan olduğunu bilir. Bəli, bir az kobuddur, özündən tez çıxandır, amma insanlara qarşı necə hörmətlə yanaşdığını hamı bilir. Öz millətimizə hər zaman dəstək olaq”.

Qeyd edək ki, Pünhan Piriyev Nəfəslə birlikdə iştirak etdiyi açılış mərasimlərindən birində onlarla şəkil çəkdirmək istəyən vətəndaşları səhnədən qovması ilə gündəmə gəlmişdi.

Aydan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
1
yenisabah.az

2Mənbələr