AZ

“Bir az turşumuş qida zərər etməz” fikri nə qədər doğrudur? - EKSPERT AÇIQLADI

"Qida məhsullarının turşuması və ya korlanması məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, bəzi hallarda məhsullarda müxtəlif bakteriyaların fəaliyyəti nəticəsində turşuma prosesi baş verir".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, bu isə qidanın keyfiyyətinin pozulmasına və insan sağlamlığı üçün təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər: "Bəzən belə yanlış fikir formalaşır ki, “bir az turşumuş qida zərər etməz”.

Bu yanaşma tamamilə yanlışdır. İstər hazır yeməklərdə, istər ət, toyuq, balıq məhsullarında, istərsə də konserv qidalarda turşuma, qoxu dəyişiklikləri, rəngin dəyişməsi, köpüklənmə və ya kif müşahidə olunursa, bu məhsullar qətiyyən istifadə edilməməlidir.

Belə qidaların qəbulu insan sağlamlığı üçün ciddi risk yaradır. Bu, qida zəhərlənməsi, bağırsaq pozğunluqları və digər ağır fəsadlara səbəb ola bilər.

Bu baxımdan, qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitariya-gigiyenik qaydalara ciddi əməl olunmalı, hər hansı şübhəli hal olduqda həmin məhsullardan istifadə edilməməlidir".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
78
1
sia.az

2Mənbələr