Idman.biz saytına istinadən ain.az xəbər verir.
Belçikalı hücumçu Romelu Lukaku karyerasını “Milan”da davam etdirmək arzusundadır.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
O qeyd edib ki, hazırda 32 yaşlı hücumçu Milan şəhərinə dönmək variantları nəzərdən keçirir. Lakin “rossoneri”nin marağı hələlik konkret deyil.
Bildirilir ki, hazırda “Milan” rəhbərliyi Lukakunu transfer etmək planı üzərində işləmir. Bu isə tərəflər arasında real danışıqların aparılmadığını göstərir.
Qeyd olunur ki, hücumçunun əsas istəyi vaxtilə “İnter” klubunda uğurlu çıxış etdiyi şəhərə qayıtmaqdır. Buna baxmayaraq, Lukakunun A Seriyasında qalmaq ehtimalı aşağı qiymətləndirilir və onun İtaliyanı tərk etməsi daha real görünür.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.