AZ

Həftənin REKORDU - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

Musiqi əfsanəsi Maykl Cekson haqqında çəkilən “Maykl” filmi qlobal kassada möhtəşəm start alaraq, musiqi bioqrafiyası janrında yeni rekord müəyyənləşdirib. Film ilk həftəsonunda 217,4 milyon dollar gəlir əldə edib. Mübahisəli istehsal prosesi, sərt tənqidlər və “Pop kralı”nın irsi ilə bağlı iddialar fonunda ekran işi kommersiya baxımından gözləniləndən xeyli böyük nəticə göstərib.

 

Həftənin QOLU

“Qarabağ” Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub. Yubiley topuna Musa Qurbanlı imza atıb. O, Misli Premyer Liqasının XXIX turunun “Neftçi” ilə oyununda (5:1) hesabı açıb. Rəqib meydanlarında 488-ci görüşünə çıxan Ağdam klubu qol sayını 704-ə çatdırıb. Bu göstəricidə mütləq rekordçu olan “Qarabağ”ın orta məhsuldarlığı 1,44-ə bərabərdir.

 

Həftənin PARADI

Moskvada faşizm üzərində qələbənin 81-ci ildönümünə həsr olunan parad hərbi texnikanın iştirakı olmadan keçiriləcək. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik səbəb olaraq hazırda davam edən hərbi əməliyyatlarla bağlı cari operativ vəziyyəti göstərib. Paradda həmçinin Suvorov hərbi və Naximov məktəblərinin, kadet korpuslarının şagirdlərinin iştirak etməyəcəyi bildirilir. 

 

Həftənin İSTƏYİ

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, o, həmişə Bukinqem sarayında yaşamaq arzusunda olub və Böyük Britaniya kralı III Çarlzla bu imkanları müzakirə etməyə hazırdır. Bu haqda Amerika lideri bu barədə özünün “Truth Social” səhifəsində məlumat verib. “Mən həmişə Bukinqem sarayında yaşamaq istəmişəm!!! Kral və kraliça ilə bunu müzakirə edəcəyik”, - Ağ Ev rəhbəri bildirib.

 

Həftənin RAHİBLƏRİ

Şri-Lankada 22 buddist rahib hava limanında çamadanlarında ümumilikdə 110 kiloqram narkotik maddə aşkar edildikdən sonra saxlanılıb. Ölkənin gömrük rəsmilərinin məlumatına görə, paytaxt Kolomboya gələn rahiblərin hər birinin baqajında gizli bölmələrdə təxminən 5 kiloqram yüksəktəsirli kannabis növü olan “Kuş” yerləşdirilib.

 

 

Seçilən
42
hafta.az

1Mənbələr