AZ

Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər (FOTO)

Bakı. Trend:

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız ABŞ-ninNyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin “X” platformasındaAzərbaycan əleyhinə səsləndirdiyi əsassız və qərəzli fikirlərəkəskin etiraz ediblər.

Trend xəbərverir ki, Azərbaycan-Amerika Gənclər Federasiyası, AmerikaAzərbaycan İnteqrasiya Mərkəzi, Amerika Azərbaycan Musiqi Fondu,Azərbaycan Amerika Təşkilatları Alyansı, Florida Azərbaycan AmerikaMədəniyyət Assosiasiyası, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi,“Azİz” Xalqlararası Əlaqə Beynəlxalq Assosiyasiyası və BritaniyaAzərbaycanlıları Cəmiyyəti bu iddiaların beynəlxalq hüququn normavə prinsiplərinə zidd olduğunu bildirərək Nyu-York merinə məktubünvanlayıblar.

Məktublarda Nyu-York merinin Azərbaycan xalqına qarşısəsləndirdiyi ittihamlarla bağlı ciddi narahatlıq ifadə edilib.Zöhran Kvame Mamdaninin açıqlamasında siyasi qərəz olduğu, eynizamanda beynəlxalq hüququn əsas prinsiplərinin təhrif edildiyivurğulanıb. ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişinidəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində mühümaddımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmalarınyolverilməz olduğu bildirilib. Qarabağ bölgəsində yaşayan erməniəsilli əhaliyə reinteqrasiya çərçivəsində bərabər hüquqların vətəhlükəsizlik təminatlarının təklif olunduğu, onlarınsosial-iqtisadi həyata inteqrasiyası üçün konkret addımlarınatıldığı diqqətə çatdırılıb. Xüsusi olaraq qeyd edilib ki, mülkişəxslərə qarşı etnik zəmində hər hansı zorakılıq faktı qeydəalınmayıb və bu istiqamətdə beynəlxalq hüququn prinsiplərinə uyğundavranılıb.

Diaspor təşkilatları bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMTTəhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumiprinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqesərgilənməsini tələb ediblər.

Dünya
Dünya
Dünya
Dünya
Dünya
Dünya
Dünya
Dünya
Dünya
Dünya
Dünya
Dünya
Məqalədə:
Seçilən
94
9
az.trend.az

10Mənbələr