AZ

ABŞ İran gərginliyi ilə bağlı 2 milyard dollarlıq mərc dövriyyəsi qeydə alınıb

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bukmekerlər ABŞ və İran arasında mümkün münaqişə ilə bağlı 2 milyard dollardan çox məbləğdə mərc qəbul ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Kanal dünyanın ən iri mərc platformalarından biri olan Polymarket üzərində aparılan mərcləri təhlil edib. Bildirilir ki, istifadəçilər ABŞ-nin İrana növbəti raket zərbəsini nə vaxt endirəcəyi kimi müxtəlif ssenarilərə mərc ediblər.

Məlumata görə, son gərginliklər fonunda regionda risklərin artması bu cür proqnoz bazarlarında fəallığı yüksəldib.

Qeyd olunur ki, daha əvvəl ABŞ və İsrail arasında İrana qarşı hərbi əməliyyatlar barədə iddialar və qarşılıqlı atəşkəs elanları da gündəmdə olub. Həmin proseslər zamanı tərəflər arasında diplomatik danışıqlar aparılsa da, uzunmüddətli razılaşma əldə edilməyib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
1
redaktor.az

2Mənbələr