“Bavariya” 1995-ci ilin aprelindən bəri avrokuboklarda ilk dəfə 5 qol buraxıb.
Msport.az xəbər verir ki, Münhen təmsilçisi son olaraq Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-yə Parisdə 4:5 hesabı ilə məğlub olub.
“Bavariya” 1994/1995 mövsümündə Çempionlar Liqasının yarımfinalında “Ayaks”a uduzmuşdu – 2:5.
Qeyd edək ki, Almaniya və Fransa çempionları arasında cavab oyunu mayın 6-da Münhendə keçiriləcək. Bu matçın qalibi finalda “Atletiko” (İspaniya) – “Arsenal” (İngiltərə) cütünün qalibi ilə qarşılaşacaq.