AZ

Seda Sayan Selena Gomezin əri haqqında: "Mən onu evə buraxmaram" - VİDEO

Seda Sayan Selena Gomezin əri haqqında: "Mən onu evə buraxmaram" - VİDEODünyaca məşhur müğənni Selena Gomezin həyat yoldaşı Benny Blanconun çirkli ayaqlarını öpdüyü görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məsələ Türkiyə şou-biznesinin təmizlik həssaslığı ilə tanınan siması Seda Sayanın da diqqətindən yayınmayıb.

Televiziya proqramında görüntüləri izləyən Seda Sayan Benny Blanconun gigiyena vərdişlərini sərt, eyni zamanda yumorla tənqid edib. O, "Ay qız, mən onu evə buraxmaram. İyrəncdir" sözləri ilə reaksiyasını bildirib.

Sayan proqram zamanı Benny Blanco haqqında yayılan digər iddialara da toxunaraq, onun eyni alt paltarını günlərlə geyindiyindən iyrəndiyini vurğulayıb.

Seda Sayanın bu açıqlamaları qısa zamanda sosial mediada gündəm olub və çox sayda istifadəçi tərəfindən dəstəklənib.

Seçilən
58
sonxeber.az

1Mənbələr