AZ

Tramp əlində silah İranı hədələdi: Ağıllı olun!

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Trump İranı sərt tənqid edib.

Modern.az xəbər verir ki, Tramp "Truth Social" hesabında paylaşım edərək bildirib ki, İran hələ də qeyri-nüvə statusu ilə bağlı sazişi imzalamaqda çətinlik çəkir.

“İran özünü ələ ala bilmir. Onlar qeyri-nüvə statusu ilə bağlı razılaşmanı necə imzalayacaqlarını bilmirlər. Onlara yaxşı olar ki, tez bir zamanda ağıllansınlar”, – deyə o qeyd edib.

Tramp paylaşımında daha sərt ritorikaya keçdiyini də vurğulayıb: “Artıq heç bir "yaxşı oğlan" yoxdur!”

Paylaşıma əlavə olunan süni intellektlə hazırlanmış fotoda isə Trampın partlayış fonunda avtomat silah tutduğu təsvir yer alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
modern.az

1Mənbələr