Yazını böyüt
Yazını kiçilt
Xaçmazda iki avtomobil toqquşub, sürücülər ölüb.
Hafta.az xəbər verir ki, hadisə rayonun Yalama kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-21010" və "KİA" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı hər iki avtomobilin sürücüləri, Hidayətov İsrafil Şahbaz oğlu və Mirzəquliyev Orxan Rüfet oğlu hadisə yerində ölüblər.
Hər iki sürücünün meyiti Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin yerli rayon bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.