AZ

“Kəpəz”in xalis kredit portfeli və xalis mənfəəti 14 faizdən çox artıb

Marja.az saytına istinadən ain.az xəbər verir.

“Kəpəz” bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 2 milyon 122 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2024-cü ili 1 milyon 857 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Kəpəz” BOKT-ın xalis mənfəəti 2025-ci ildə 2024-cü illə müqayisədə 264 min manat və ya 14,2% artıb.

Marja.az xəbər verir ki, “Kəpəz” BOKT-ın faiz gəlirləri 2024-cü ildə 4 milyon 402 min manat ikən, 5 milyon 58 min manata yüksəlib (656 min manat və ya 14,9% artıb).

2025-ci ildə “Kəpəz” BOKT-ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyon 573 min manat və ya 14,7% artaraq 31 dekabr 2025-ci il taroixində 12 milyon 238 min manata çatıb. 

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
marja.az

2Mənbələr