AZ

“Yeni Cənubi Qafqaz formalaşır” ABŞ ın Türkiyədəki səfiri

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədəki ABŞ səfiri Tom Barak Ermənistan və Türkiyə arasında son dövrdə atılan addımları müsbət qiymətləndirib. O, bu addımların “iki ölkənin iqtisadiyyatları və xalqları arasında əlaqələrin bərpasına yönəldiyini” bildirib.

Diplomat sosial şəbəkədə paylaşımında qeyd edib ki, regionda yeni geosiyasi reallıq formalaşır: “Bir-biri ilə əlaqəli və sülhə əsaslanan yeni Cənubi Qafqaz yaranır. Bu, ABŞ prezidenti Donald Trampın bölgədə sabitlik və rifahın təmin olunmasına dair yanaşması ilə üst-üstə düşür”.

ABŞ səfiri Ermənistan və Türkiyə rəsmilərinin Qars şəhərində keçirilən görüşünü də mühüm hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, həmin görüşdə Gümrü–Qars dəmir yolunun bərpası və yenidən istismara verilməsi məqsədilə birgə işçi qrupun yaradılması barədə qərar qəbul olunub.

Məlumata görə, aprelin 28-də məhz bu istiqamətdə Ermənistan-Türkiyə birgə işçi qrupunun növbəti toplantısı baş tutub. Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, tərəflər Gümrü–Qars dəmir yolunun qısa müddətdə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar. Bu addımın regionda nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
azpolitika.info

1Mənbələr