Olay.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Əməkdar artist Gülzar Qurbanova həyat yoldaşı rejissor həyat yoldaşı Elxan Cəfərovla bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi həyat yoldaşı ilə videosunu paylaşaraq bunları yazıb:
“Günəş hər axşam batır… Yenidən doğmaq üçün üfüqün o tayına keçir. Biz də çox vaxt qürubun içindən keçirik-yenidən doğulmaq üçün. Biz bu həyat adlı filmin qəhrəmanlarıyıq, kadrın içindən keçirik… Və həyat bizi çəkir-rejissoru görünməyən bir film kimi. Mən inanıram ən gözəl kadrlar hələ qabaqdadır.Səninlə həyat adlı filmdə olmaq ən gözəl hekayədir. Həyatda mən Mauqliyə bənzəsəm də, kinomuzun Mauqlisi sənsən. Qoy, içimizdəki o azad ruh həmişə diri qalsın-qorxmadan, səmimi və sadə Doğum günün mübarək!”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.