BAKI, 29 aprel. TELEQRAF
Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdiriləcək.
Teleqraf xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sənədlər müvəqqəti saxlanc bəyannaməsi ilə birgə təqdim edilir.
Müvəqqəti saxlanc bəyannaməsi nəzərdə tutulan şəxslərdən biri tərəfindən mallarla birlikdə gömrük orqanına təqdim edilməlidir.
Müvəqqəti saxlancın tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsi və ya onu əvəz edən nəqliyyat sənədləri, həmin məlumatların tamlığından asılı olaraq müvəqqəti saxlanc bəyannaməsi kimi qəbul ediləcək.
Müvəqqəti saxlanc bəyannaməsindən aşağıdakı hallarda istifadə edilir:
- barəsində məcburi qərar qəbul edilmiş malların gömrük ərazisinə gətirilməsinin təsdiq edilməsi zamanı;
- müvəqqəti saxlancda yerləşdirilmiş malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya təkrar ixrac edilməsi zamanı.
Tranzit xüsusi gömrük proseduru altında daşınan xarici malların müvəqqəti saxlancda yerləşdirilməsi üçün gömrükorqanları tərəfindən müvəqqəti saxlanc bəyannaməsi kimi tranzit sənədi qəbul edilir. Tranzit xüsusi gömrük proseduru başa çatdıqdan sonra müvəqqəti saxlanc bəyannaməsi verilir.