AZ

Maliyyə Nazirliyi I rübdə 49 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb

Bu ilin I rübündə Maliyyə Nazirliyi 49 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb.

Missiya.Az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nəzarət tədbirlərinin 27-si hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 22-si isə plandankənar yoxlamalar əsasında aparılıb.

Hesabat dövründə nəzarət tədbirləri çərçivəsində 83,7 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib, 2,6 milyon manat vəsaitin isə ilkin maliyyə nəzarəti ilə israfının qarşısı alınıb.

Seçilən
48
3
missiya.az

4Mənbələr