AZ

"Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər: – "Kristal"

Bu gün mənzil alarkən ən vacib məqamlardan biri seçim imkanlarının geniş olmasıdır. Kimisi hazır evə köçmək istəyir, kimisi tikinti mərhələsində daha sərfəli variant axtarır, bəziləri isə tam əşyalı mənzillərə üstünlük verir. Bu ehtiyacları bir layihədə cəmləyən “Park Yasamal” isə seçim imkanlarını daha əlçatan edir. Əsas məsələ sənə uyğun olanı tapmaqdır.

“Park Yasamal” layihəsi Yasamal gölü yaxınlığında yerləşən, bulvar mənzərəsi təqdim edən və müasir şəhər həyatının əsas üstünlüklərini bir araya gətirən yaşayış kompleksidir. Kompleksdə hazır və tam təmirli, optimal planlaşdırılmış 2, 3, 4 otaqlı və studiya tipli mənzillər təklif olunur. Mənzillər keyfiyyətli materiallarla təmir olunur və sakinlərə rahat və komfortlu həyat şəraiti təqdim edir.

Əsas üstünlük isə odur ki, burada müxtəlif istək və büdcəyə uyğun bu mənzillərə sərfəli ipoteka şərtləri ilə sahib olmaq mümkündür. Tikintisi davam edən mənzillər 15%-dən başlayan, hazır və əşyalı mənzillər isə 30%-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka imkanı ilə satışdadır.

“Park Yasamal” Yasamal rayonunda, şəhərin mərkəzinə yaxın ərazidə yerləşir. 3 saylı ASAN xidmət və Bayraq parkının yaxınlığı isə gündəlik həyatını xeyli asanlaşdırır — istər işə, istərsə də şəhərin digər istiqamətlərinə sürətli və rahat çıxış imkanı yaradır. Bu, həm vaxtına qənaət edir, həm də həyat ritmini daha balanslı edir.

Seçilən
58
15
publika.az

10Mənbələr