AZ

Stokholmda süni intellektlə işləyən kafe açılıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

İsveçin paytaxtı Stokholmda menyu, alış-veriş və işə qəbula məsul olan süni intellektlə işləyən kafe açılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb. Bildirilir ki, layihə “Andon Labs” startapı tərəfindən “Google Gemini” sistemindən istifadə olunmaqla həyata keçirilib. “Mona” adlanan alqoritm icazələri müstəqil şəkildə emal edir, təchizatçılarla qarşılıqlı əlaqə qurur və namizədlərlə söhbət aparır.

Agentliyin məlumatına görə, eksperiment süni intellektdən istifadə olunmasında bir sıra problemləri də üzə çıxarıb. Xüsusən satınalmada səhvlər və işçilərin əmək şəraiti ilə bağlı çətinliklər yaranıb.

Kafe təxminən bir həftədir fəaliyyət göstərir və gündə 80 nəfərədək ziyarətçi cəlb edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
azertag.az

2Mənbələr