AZ

Səkini zəbt edən sürücü piyadaları təhlükəyə atdı 99 AN 021 FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində dayanma-durma qaydalarının pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 29-da saat 08:00 radələrində baş verib. Belə ki, 99-AN-021 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobil piyadalar üçün nəzərdə tutulmuş səkidə park edilib. Nəticədə piyadalar məcbur qalaraq avtomobillərin hərəkət etdiyi hissəyə çıxıblar.

Xatırladaq ki, nəqliyyat vasitələrinin səkidə saxlanılması və ya park edilməsi qanunla qadağandır. Bu qayda pozuntusu piyadaların yolunu kəsməklə yanaşı onların həyatını da təhlükəyə atır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
avtosfer.az

1Mənbələr