Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Əslində bir çox xalq təbabəti üsullarına baxsaq, bitkilərin bir çox prosesdə faydası var. Amma hər bir pasiyent üçün bunu vurğulamaq istəyirəm ki, hər kəs bilməlidir: “Mənə kömək edən sənə də kömək edəcək” fikri qətiyyən yanlışdır. Xüsusən də bu mövzuda miflər çoxdur. Hər kəsin allergiyası eyni deyil, allergenlər müxtəlifdir və hər müxtəlif allergenə qarşı reaksiyalar da fərqlidir. Hətta allergiya əleyhinə preparatlara belə allergiya ola bilir".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva bildirdi.
Həkim xəbərdarlıq etdi ki, “mənim də allergiyam var idi, istifadə etdim, düzəldi” deyib kiməsə məsləhət verməyək və belə məsləhətlərlə müalicəmizi aparmayaq:
"Çünki müalicə etmədiyimiz zaman və yaxud tam müalicə edib nəzarətdə saxlamadığımız zaman əlamətlərimiz azalsa da, proses yerində qalır. Yerində qalan proses isə davam edir. “Allergik rinitdir, iki ay olacaq, üç ay olacaq, yaz qurtaran kimi düzələcək” deyib diqqətdən kənarda qoyduğumuz zaman proses davam edir və bir dövrdə bronxlara qədər enə bilər. Amma bronxlardakı proses müvəqqəti olmur. Allergiya qurtarsa da, oradakı proses yerində qalır və gələcəkdə biz onun fəsadları ilə qarşılaşa bilərik. Ona görə də öz-özünü müalicə ilə məşğul olmağı tövsiyə etmirəm".
NURİYYƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.