Türkiyəli müğənni Melike Şahin ana olacaq.
Ölkə.az xəbər verir ki, Melike Şahin sosial şəbəkə hesabında etdiyi sürpriz paylaşım ilə pərəstişkarlarını sevindirib.
37 yaşlı sənətçi paylaşdığı fotolarla hamilə olduğunu açıqlayaraq ana olmağa hazırlaşdığını bildirib.
Qeyd edək ki, müğənni Sedat Arpalıkla evlidir. Cütlük 2023-cü ildə ailə qurub.
Həmidə İbrahimova