AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 29-cu turunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı qərarlarını açıqlayıb.
Msport.az xəbər verir ki, görüşün 90+3-cü dəqiqəsində azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” 5000 manat cərimələnib.
Həmçinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” daha 8000 manat cəriməyə məruz qalıb.
Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə isə “Qarabağ” 7000 manat xərcə düşüb.