ain.az, Azertag portalına istinadən məlumat verir.
Astana, 29 aprel, AZƏRTAC
Almatıda “Mərkəzi Asiya, Cənubi Qafqaz, Yaxın Şərq üçbucağında təhlükəsizlik, geosiyasət və türk İnteqrasiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, 29-30 aprel tarixlərində keçirilən tədbir Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində təşkil olunub.
Konfransda Azərbaycanı STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (CTWS) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin direktoru İlyas Hüseynov təmsil edirlər.
Tədbirdə Orxan Yolçuyevin “Qlobal turbulentlik kontekstində Türk dünyası. Çətinliklər, nailiyyətlər və perspektivlər" adlı məruzəsi, İlyas Hüseynovun isə “Mərkəzi Asiya - Cənubi Qafqaz - Yaxın Şərq əlaqəsində təhlükəsizlik, geosiyasət və regional inteqrasiya: Türk Dövlətləri Təşkilatının rolu” adlı məruzəsi təqdim ediləcək.
Konfransda geosiyasi transformasiyalar, təhlükəsizlik, türk inteqrasiyası, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin və logistikasının inkişafı məsələləri müzakirə olunacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.