AZ

Azərbaycandan qaçan məktəb direktoru ölkəyə gətirildi

Azərbaycandan qaçan məktəb direktoru ölkəyə gətirildi

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib.

AFN.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və yeri Türkiyədə müəyyən edilən daha bir şəxsin aprelin 29-da nazirlik tərəfindən ölkəmizə ekstradisiyası həyata keçirilib.

2018-ci ildən etibarən bir qrup vətəndaşı müvafiq vəzifələrə təyin etdirmək və ya işə düzəltmək adı ilə aldadaraq onlardan müxtəlif məbləğlərdə pul vəsaiti almaqda və ümumilikdə 69 000 manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunan Azərbaycan vətəndaşı Sevinc Əlisafa qızı Hüseynovanın yeri Türkiyədə müəyyən olunub və o, həbs edilib.

S.Hüseynova Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Türkiyənin Antalya şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, Sevinc Hüseynova əvvəllər paytaxt məktəblərindən birinin direktoru vəzifəsində çalışıb. O, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Seçilən
69
6
afn.az

10Mənbələr