AZ

Komitə sədri onlayn ticarətdə məhdudiyyət tətbiqinə aydınlıq gətirdi

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov xaricdən alış-veriş zamanı 300 dollar limitin artırılıb-artırılmaması məsələsinə aydınlıq gətirib. 

Ölkə.az məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsin müzakirə zaman Gömrük komitəsinin sədri Şahin Bağırov bildirib ki, bu məsələyə baxmaq hələ ki, nəzərdə tutulmur. 

O qeyd edib ki, bəzi ölkələrdə bu limit ya azaldılıb, ya da ləğv edilib, Azərbaycanda isə sosial məsələləri nəzərə alaraq saxlanılıb.  

Komitə sədri deyib ki, əgər əvvəllər elektron ticarətlə məşğul olanların sayı az idisə, 2025-ci ildə 1milyon 200 insan  elktron ticarətlə məşğul olub və  həmin müddətdə 18 milyon bəyannamə olub. “Bu rəqəm getdikcə artır. Bunun uçotunu aparmaq laızmdı. Bir çoxları bundan sui-istifadə edir. Məsələn “Temu” platforma vasitəsilə ölkəyə daxil olan yüklərin həcmi kəskin artdı və hava limanında ciddi yüklənmə yarandı. Elektron məlumatlar əvvəlcədən təqdim olunmadan böyük həcmdə yüklər daxil olurdu. Məsələn, bir anda təxminən 400 tona yaxın yük daxil olmuşdu.
Bu vəziyyətdə gömrük orqanları həmin yüklərin kimə məxsus olduğunu, təyinatını və təhlükəsizlik aspektlərini yoxlamalı idi. Çünki bu yüklər arasında yalnız adi mallar deyil, icazə tələb edən dərmanlar, psixotrop maddələr, hətta qadağan olunmuş məhsullar da ola bilər”, - o vurğualyıb.

Komitə sədri əlavə edib ki, əgər bu yoxlamalar aparılmasa, sonradan məsuliyyət yenə gömrük orqanlarının üzərinə düşür. “Ona görə də müəyyən müddət gecikmələr və sıxlıq yarandı. Amma sonradan bu məsələ tənzimləndi və sistem təkmilləşdirildi”, - o qeyd edib.

Komitə sədri ticarət üçün xaricdən gətirilən malların limit çərçivəsində gətirilməsi və bu limitdən sui-istifadə edilməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bəzi şəxslər xaricdən aldıqları böyük həcmdə məhsulları ya aylara bölür gətirir, ya da müxtəlif insanların adına gətirir: “Düzdür belə insanlar çox deyil, amma biz çalışırıq ki, bu məsələnin qarşısını alaq”.

 Mürtəza

Seçilən
64
2
olke.az

3Mənbələr