Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 29-cu turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.
“Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə klub 5000 manat cərimə edilib.
Oyunda “Neftçi"nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimə edilib.
Görüşdə "Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” 7000 manat cərimə edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta