AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda iki komandaya texniki məğlubiyyət verilib.


U-15 Liqasında keçirilməli olan “Karvan-Yevlax” - “Xudat City FA” oyunu “Xudat City FA” komandası oyuna çıxmaqdan imtina etdiyinə görə baş tutmadığı üçün sözügedən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-12 Liqasında keçirilməli olan “Məhəllə uşaqları” (Sumqayıt) - “Odlar Yurdu” (Sumqayıt) oyunu “Odlar Yurdu” komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Odlar Yurdu”na 0:3 hesablı texniki məğlubiyyət verilib.


Bu hal 3-cü dəfə təkrarlandığı üçün “Odlar Yurdu” komandası yarışdan kənarlaşdırılıb.