AZ

Türk Akademiyası Azərbaycan səfirliyinə Qarabağ müharibəsindən bəhs edən kitab təqdim edib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Astana, 29 aprel, AZƏRTAC

Astanada Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev ilə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov arasında görüş keçirilib.

AZƏRTAC Türk Akademiyasına istinadla xəbər verir ki, görüş zamanı Azərbaycanın səfirliyinə qazax dilində nəşr olunmuş “Vətən müharibəsinin tarixi. Şəxsiyyət amili. (27 sentyabr - 10 noyabr 2020-ci il)” kitabı təqdim edilib.

Nəşrdə Azərbaycanın tarixi qələbəsinin geosiyasi nəticələri, həmçinin Prezident İlham Əliyevin Qarabağ bölgəsinin sosial-iqtisadi bərpasına və inkişafına yönəlmiş müharibədən sonrakı strategiyası işıqlandırılıb.

Kitab Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə olunaraq Qazaxıstan oxucularına təqdim edilib.

Tərəflər türk dövlətləri arasında elmi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
azertag.az

2Mənbələr