AZ

“Bavariya” Keynlə müqaviləni uzatmaq istəyir


“Bayern Münxen” klubu hücumçusu Harri Keynlə 2025/2026 mövsümündən sonra müqavilə danışıqlarına başlamaq niyyətindədir.
Yeniavaz.com
“T-Online” portalına istinadla xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin üzvü Karl-Haynts Rummeniqqe bildirib.
“Keynin “Bavariya”ya gətirilməsi klubun tarixində böyük bir uğur idi. Onun transfer bəndinin olduğu hamıya məlumdur. O, bu bəndi aktivləşdirməyib ki, bu da onun Münxendə qalacağını göstərir. İndi, razılaşdırıldığı kimi, rəhbərlik mövsümün sonundan sonra onunla müqaviləsini uzatmaq məqsədi ilə danışıqlar aparmağı planlaşdırır”, - deyə Rummeniqqe qeyd edib.
Qeyd edək ki, Keyn 2023-cü ilin avqustundan bəri "Bavariya”da oynayır və onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Seçilən
56
yeniavaz.com

1Mənbələr