AZ

Nigeriyada qızılca epidemiyası 15 uşağın həyatına son qoyub

Sokoto əyalətinin hakimiyyət orqanları təhlükəli infeksiyanın yayılmasının qarşısını almaq üçün epidemiyadan zərər çəkən əraziyə tibb işçiləri və dərmanlar göndərib.

Məlumata görə, Nigeriyanın şimal-qərbindəki Sokoto əyalətində qızılca xəstəliyi 15 uşağın ölümünə səbəb olub.

Sokoto əyalətinin səhiyyə naziri Faruk Vurno bildirib ki, Kurava kəndində uşaqlar arasında yoluxma halları aşkarlanıb.

O bildirib ki, epidemiya başladıqdan sonra təcili olaraq əraziyə səhiyyə işçiləri və lazımi dərman preparatları göndərilib.

Vurno həmçinin qeyd edib ki, infeksiyaya yoluxmuş və vəziyyətləri ağır olan uşaqlar sonrakı müalicə üçün xəstəxanalara köçürüləcəklər. 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
58
azerbaijan-news.az

1Mənbələr