AZ

AFFA rəsmisi: “Sabah” yaxın turda çempionluğu rəsmiləşdirə bilər

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Çempionluğun taleyi yaxın turlarda həll oluna bilər. Düşünürəm ki, çempionun müəyyənləşməsi üçün çox vaxt qalmayıb. Prosesə digər oyunların, xüsusilə sabah keçiriləcək “Neftçi”-“Qarabağ” görüşünün nəticəsi də təsir göstərəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Premyer Liqasında “Sabah” və “Qarabağ” komandalarının çempionluq şanslarını dəyərləndirərkən deyib.

V.Sadıqov “Sabah” komandasının çıxışını yüksək qiymətləndirib: “Komanda mövsüm ərzində sabit və məzmunlu oyun nümayiş etdirib. Onlar rəqiblərindən üstün təsir bağışlayıblar. Hətta son illərin lideri olan “Qarabağ”dan da irəlidədirlər. “Sabah”ın uğuru təsadüfi deyil. Komandanın ilk gündən məqsədi bəlli idi. İddialı heyət qurulub və hər oyunda qələbə üçün mübarizə aparırlar. Baş məşqçi Valdas Dambrauskas dəfələrlə bildirib ki, komanda hər matça qələbə üçün çıxır. Mövsüm ərzində cəmi bir dəfə məğlub olublar və heyətdə kifayət qədər səviyyəli futbolçular var”.

AFFA rəsmisi bildirib ki, “Sabah” yaxın turda çempionluğu rəsmiləşdirə bilər: “Bu, baş verərsə, komandanın ikinci uğur qazanmaq imkanı da olacaq. Onlar kubok finalında “Zirə”yə qalib gələrək “qızıl dubl” edə bilərlər”.

Qeyd edək ki, “Sabah” 72 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən “Qarabağ” isə 59 xalla ikinci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
azertag.az

2Mənbələr