AZ

Keçmiş birinci xanımla bağlı lüks çantalar və brilyant boyunbağı qalmaqalı 4 il həbs

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Cənubi Koreyanın sabiq prezidenti Yoon Suk Yeolun həyat yoldaşı Kim Keon Hee səhm manipulyasiyası və rüşvət cinayətlərinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo Posta-ya istinadən xəbər verir ki, məhkəmə qərarında bildirilib ki, Keon Hee lüks çantalar və brilyant boyunbağı müqabilində nüfuzundan istifadə edib. Qeyd edək ki, daha əvvəl aşağı instansiya məhkəməsi onu səhm qiymətlərinin manipulyasiyası və siyasi fondlar haqqında qanunu pozmaq ittihamlarından bəraət etdirmişdi. Lakin prokurorluğun apellyasiya şikayətindən sonra işə yenidən baxılıb.

Apellyasiya məhkəməsi müəyyən edib ki, Keon Hee aşağı dövriyyəli bir Koreya şirkətinin səhmlərinin qiymətini bir neçə investorla birlikdə süni şəkildə artırıb.

Bununla da aşağı instansiya məhkəməsinin bəraət qərarı ləğv olunub və o, səhm manipulyasiyası ilə yanaşı rüşvət cinayətinə görə də 4 il həbs cəzasına məhkum edilib.

Eyni zamanda, məhkəmə onun seçki qanunvericiliyini pozmadığı barədə əvvəlki qərarı qüvvədə saxlayıb.

Avqust ayından etibarən həbsdə saxlanılan Keon Hee irəli sürülən bütün ittihamları rədd edir. Onun vəkilləri qərardan Ali Məhkəməyə şikayət verəcəklərini açıqlayıb.

Xatırladaq ki, bu ilin yanvar ayında çıxarılan ilkin hökmə əsasən, Keon Hee rüşvət almaqda təqsirli bilinərək 1 il 8 ay həbs cəzasına məhkum edilmiş, digər ittihamlardan isə bəraət almışdı.

Günay

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
qaynarinfo.az

1Mənbələr