AZ

Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 7% dək artırıb

Banco.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-mart aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 125 milyon 169 min dollar təşkil edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 7 milyon 742 min dollar və ya 6,6% çoxdur.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,13%-ni təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin ilk 3 ayında Azərbaycan 117 milyon 428 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
banco.az

2Mənbələr