Gununsesi saytına istinadən ain.az xəbər verir.
Son vaxtlar soda ilə hazırlanan qarışıqlar ev şəraitində dəriyə qulluq vasitəsi kimi diqqət çəkir.
Bəzi insanlar bu üsulu dərinin təmizlənməsi üçün sadə və əlçatan yol hesab edir.
Lakin bu cür tətbiqlərin dəriyə təsiri barədə də fərqli yanaşmalar var.
Gununsesi.info-ya danışan kosmetoloq Aygün Əliyeva hesab edir ki, soda qələvi tərkibli olduğu üçün dərinin təbii balansını poza bilər:
“Dərinin qoruyucu təbəqəsi həssasdır və güclü qarışıqlara qarşı reaksiya verə bilər. Bu səbəbdən belə qarışıqların tez-tez istifadəsi qızartı və quruluq yarada bilər. Hər dəri tipi eyni reaksiyanı vermir və həssas dərilərdə risk daha yüksəkdir”.
Onun sözlərinə görə, ev üsulları seçilərkən diqqətli yanaşma vacibdir.
“Dərinin ehtiyacına uyğun olmayan qarışıqlar uzunmüddətli problemlərə səbəb ola bilər. Daha təhlükəsiz nəticə üçün dəriyə uyğun və yoxlanılmış qulluq üsullarına üstünlük verilməsi tövsiyə olunur”,-deyə o əlavə edib.
Firuzə
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.