Akademik Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzi, mərkəzin Gəncə, Masallı, Şəki filialları, avtomobil və dəmir yolu səyyar klinikaları vasitəsilə Azərbaycanda oftalmoloji yardımın optimallaşdırılması üçün böyük işlər görülür. Həm mərkəz, həm filiallar, həm səyyar qatar, həm də səyyar klinika yüksəktexnoloji avadanlıqla təchiz olunub, bu müəssisələrdə peşəkar cərrah və həkimlər fəaliyyət göstərirlər.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri tibb üzrə elmlər doktoru Yazgül Abdıyeva deyib.
Mərkəzin “Böyük Qayıdış” Proqramına qoşularaq işğaldan azad olunmuş ərazilərdə oftalmoloji aksiyalar keçirdiyini qeyd edən Y.Abdıyeva deyib: “Azərbaycanda oftalmoloji yardımın otimallaşdırılması, korluğun qarşısının alınması üçün mərkəz tərəfindən böyük işlər görülür. Artıq vətəndaşların xarici ölkələrə üz tutmasına ehtiyac yoxdur. Mərkəzdə keratoplastika əməliyyatı ilə yanaşı, gözün həm ön, həm də arxa seqmentinə aid olan bütün əməliyyatlar həyata keçirilir. Zərifə xanımın irsinə sadiq olaraq mərkəzdə gənc oftalmoloqların inkişafına da xüsusi dəstək göstərilir. Məlumdur ki, peşə oftalmologiyasının əsasını Zərifə xanım qoyub. Bu sahə də inkişaf etdirilir. Ölkəmizdə oftalmologiyanın bütün sahələrinə aid müayinə, müalicə və cərrahi əməliyyatlar həyata keçirilir. Böyük fəxarət hissi ilə deyə bilərəm ki, Azərbaycanda oftalmologiya çox yüksək inkişaf həddindədir”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta



