Xəbər verdiyimiz kimi, Xırdalan şəhərində əmlak elanlarından birində yüksək gərginlikli elektrik xətlərinin altında satışa çıxarılan yaşayış evi və onun ətrafında olan evlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.
Tikinti normalarının belə kobud şəkildə pozulması biz media nümayələrini də təəccübləndirdi.
Məsələ ilə bağlə Abşeron Rayon İcra Hakimiyyətindən “Sitat.info”ya bildirildi ki, həmin tikiliyə sərəncamı Dövlət Şəhərsalma Arxitektura Komitəsi verib:
“Sözügüdən ünvanda həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı sorğunuza cavab olaraq bildiririk ki, DŞAK- nin 17.09.2025-ci il tarixli 3-35/3-3-166/2025 məktubla Abşeron rayonu Xırdalan şəhərində vətəndaş Rəhimov Rəhim Yusif oğluna mülkiyyətində olan 0.0593 ha torpaq sahəsində qeyri yaşayış obyektinə tikintisinə sərəncam verilmişdir”.
Məğrur,
Sitat.info