AZ

Xarici bank kartları ilə də metroda və avtobuslarda ödəniş etmək mümkün oldu



Metroda və avtobuslarda xarici bank kartları ilə ödənişlər mümkün oldu. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentiyindən (AYNA) və "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Yenilik may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində həyata keçirilən tədbirlərdən biri olmaqla, xüsusilə şəhərimizə gələn xarici vətəndaşlar və turistlər üçün əlavə üstünlüklər yaradır. Belə ki, onlar artıq yerli ödəniş vasitəsi əldə etmədən, mövcud bank kartları ilə avtobuslardan və metropolitendən istifadə imkanına malikdirlər.

Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.

Qeyd edək ki, NFC ödəniş sisteminə ötən ildən başlanılıb. Bu, sərnişinlərə rahat ödəniş imkanı yaratmaqla yanaşı, xidmət keyfiyyətini artırmağa da imkan verir.

Xatırladaq ki, NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.

İctimai nəqliyyatda bu yeniliyə “K-Group” (BakıKart) şirkəti və banklarla birgə əməkdaşlıq çərçivəsində nail olunub.

ZÜMRÜD

Seçilən
75
32
baki-xeber.com

10Mənbələr