AZ

Özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlayacağı tarix açıqlandı

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya” yer alan istiqamətlərdən biri özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyətə başlaması və inkişafıdır.

Publika.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab verilib. Bildirilib ki, bu institutun tətbiqi məhkəmə ekspertizası sahəsində alternativliyi təmin edəcək.

Bununla yanaşı, ekspertiza xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, işlərin baxılma müddətinin qısaldılmasına və məhkəmə proseslərinin daha operativ həyata keçirilməsinə mühüm töhfə verəcək.

Bildirilib ki, özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması həmçinin rəqabətli mühitin formalaşmasına şərait yaradacaq. Bu isə ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların və innovativ yanaşmaların tətbiqinə, eləcə də beynəlxalq təcrübənin daha effektiv inteqrasiyasına imkan verəcək.

Özəl məhkəmə ekspertləri ilə məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərin hüquq və vəzifələri, habelə məsuliyyəti eyni hüquqi çərçivə əsasında müəyyən edilir. Bu yanaşma ekspert rəylərinin obyektivliyinin, qərəzsizliyinin və mötəbərliliyinin təmin olunmasına xidmət edir. Eyni zamanda, bütün ekspertlər üçün vahid peşə standartlarının tətbiqi ədalət mühakiməsində bərabərliyin qorunmasına və hüquqi təminatların gücləndirilməsinə imkan yaradır.

Seçilən
58
6
publika.az

10Mənbələr