AZ

ABŞ Prezidenti neft maqnatları ilə görüşdü: Hörmüz və OPEC gərginliyi

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin enerji sektoruna təsirlərini müzakirə etmək üçün neft-qaz şirkətlərinin rəhbərləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, “Axios” portalının yaydığı məlumata görə, görüşdə Ağ Evin aparat rəhbəri Suzi Uayls, maliyyə naziri Skott Bessent, habelə xüsusi səfirlər Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. “Chevron”un nümayəndəsi şirkətin baş direktoru Mayk Uirtin iştirakını təsdiqləyib.

Adı açıqlanmayan Ağ Ev rəsmisi portala bildirib ki, Tramp daxili və beynəlxalq enerji bazarlarında vəziyyətin qiymətləndirilməsi üçün enerji şirkətləri rəhbərləri ilə müntəzəm görüşlər keçirir. Mövzular daxili hasilatı, Venesueladakı irəliləyişi, neft, təbii qaz və daşınma qiymətlərini əhatə edir.

Növbəti görüş Hörmüz boğazının bağlanmasının qlobal enerji təchizatında görünməmiş fəsadlar yaratdığı bir vaxtda baş tutub. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxdığını elan etməsi neft qiymətlərində daha bir artıma səbəb olub.

“Axios” qeyd edir ki, indi Tramp və Konqresdəki respublikaçılar ABŞ-də yüksək benzin qiymətlərinin siyasi nəticələrinə hazırlaşırlar.

Seçilən
43
5
azerbaijan-news.az

6Mənbələr