Yazını böyüt
Yazını kiçilt
Kürdəmirdə yanğın hadisəsi olub.
Hafta.az FHN-ə istinadən bildirir ki, Kürdəmir rayonunun Yenikənd kəndində ümumi sahəsi 168 m² olan ikiotaqlı evin yanar konstruksiyaları 144 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.