İranın xarici işlər naziri Abbas Araqçi hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Hindistanın xarici siyasət idarəsinin rəhbəri məlumat verib.
“İranın xarici işlər naziri Abbas Araqçi bu axşam mənə zəng etdi. Mövcud vəziyyətin müxtəlif aspektlərini ətraflı müzakirə etdik. Sıx ünsiyyət saxlamaq barədə razılığa gəldik”, - deyə Cayşankar X-də yazıb.
Qeyd edək ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı müharibəsinin başlamasından sonra Tehran Hörmüz boğazını Vaşinqton və Təl-Əvivlə əlaqəli gəmilər və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələr üçün bağlamaq qərarına gəldi. 25 martda İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının Rusiya, Hindistan, İraq, Çin və Pakistan da daxil olmaqla dost ölkələrə Hörmüz boğazından keçməyə icazə verdiyini açıqladı.
Anar