AZ

Mançester Yunayted türkiyəli müdafiəçini transfer etmək istəyir

ain.az, Sportal.az saytına istinadən bildirir.

"Mançester Yunayted" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Brayton"da çıxış edən Ferdi Kadıoğlunu transfer etmək istəyir. Bu barədə "TEAMtalk" məlumat yayıb.

Klubu türkiyəli futbolçunu satmağın əleyhinə deyil. Onlar 26 yaşlı sol cinah müdafiəçisi üçün 50 milyon avro tələb edirlər.

Qeyd edək ki, "Brayton" Ferdi Kadıoğlunu 2024-cü ilin yayında "Fənərbaxça"dan 50 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
3
sportal.az

4Mənbələr