Bakıda Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, layihə Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti tərəfindən həyata keçiriləcək.
Görüləcək işlərin ümumi dəyəri təxminən 1,9 milyon manat təşkil edir.
Planlaşdırılan işlərə əsasən, mövcud bina əvvəlki təyinatından fərqli olaraq yenidən qurulacaq və burada 218 çarpayılıq Psixiatriya Mərkəzi və 123 çarpayılıq Narkoloji Mərkəz fəaliyyət göstərəcək.
Layihənin məqsədi paytaxtda psixi sağlamlıq və narkoloji xidmətlərin genişləndirilməsi, bu sahədə tibbi xidmətlərin əlçatanlığının artırılmasıdır.