AZ

Mourinyodan "Real" açıqlaması

Adı “Real Madrid”lə hallanan “Benfika”nın baş məşqçisi Joze Mourinyo gələcək planları ilə bağlı diqqətçəkən açıqlama verib. Metbuat.az xəbər verir ki, təcrübəli baş məşqçi əsas hədəfinin “Benfika”nı UEFA Çempionlar Liqasına çıxarmaq olduğunu bildirib. O, qarşıdakı oyunların həlledici əhəmiyyət daşıdığını vurğulayıb və diqqətini yalnız bu məqsədə yönəltdiyini qeyd edib. Mourinyo əlavə edib ki, komanda növbəti matçlarda uğurlu nəticə əldə edərsə, Avropanın ən nüfuzlu klub turnirində iştirak hüququ qazanacaq.

Qeyd edək ki, Joze Mourinyonun “Real Madrid”ə mümkün qayıdışı ilə bağlı iddialar irəli sürülüb. Bildirilir ki, klub rəhbərliyi, o cümlədən prezident Florentino Peres bu variantı nəzərdən keçirir.

Seçilən
37
metbuat.az

1Mənbələr