AZ

Cüdoçularımız Avropa Kuboku uğrunda mübarizə aparacaqlar

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Mayın 2-si və 3-ü tarixlərində Türkiyənin İstanbul şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq nüfuzlu yarışda ölkəmiz geniş heyətlə təmsil olunacaq.

İdman.Biz xəbər verir ki, turnirdə Azərbaycanın 12 çəki dərəcəsində 44 cüdoçusu (32 oğlan, 12 qız) medallar uğrunda mübarizə aparacaq. Komandaya gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Beynəlxalq turnirin ümumi iştirakçı sayı da kifayət qədər yüksəkdir. Belə ki, İstanbul tatamilərində 27 ölkədən 515 idmançı (311 oğlan, 204 qız) qüvvəsini sınayacaq.

Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri də yer alacaqlar. Beynəlxalq turnirdə “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Rəşad Əliyev, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev və respublika dərəcəli hakim İslam Nəcəfquliyev ədaləti qoruyacaqlar.

Heyəti təqdim edirik:

Oğlanlar

60 kq

Ayxan Mirzəzadə

İsmayıl Əlipənahov

Məhəmməd Məmişov

Ömər Zamanlı

66 kq

Nihad Məmişov

Nicat Süleymanlı

Əhməd Rüstəmov

Fəxri Sahibzadə

İlham Zeynallı

Sadiq İsgəndərli

73 kq

Hüseyn Şahmarlı

Mehdi Cəfərov

Əbil Yusubov

Səlim Sultanov

Nihad Yəhyayev

Kənan Hüseynov

Nadir İmanov

81 kq

Mehdi Abbasov

Roman Qarayev

90 kq

Əli Qazıməmmədov

Süleyman Şükürov

Aslan Kotsoyev

Səid Hüseynov

Osman Səlimov

100 kq

Davud Namazlı

Hüseyn Eyvazlı

Canpolad Əliyev

Vidad Əliyev

Emin Hüseynov

+100 kq

Ramazan Əhmədov

Eldar Əliyev

Sübhan Axundov

Qızlar

48 kq

Gülgəz Musayeva

Nərgiz Əhmədova

Gülşən Hüseynova

52 kq

Çinarə Sadıqova

Aysun Məmmədova

Nuranə Hacızadə

Fəridə Mirzəyeva

57 kq

Xədicə Qədəşova

Aytən Verdiyeva

63 kq

Nilgün Rzayeva

Ayan Əliyeva

70 kq

Aynur Həsənova

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
icma.az

2Mənbələr