AZ

İrandan ABŞ-yə sərt xəbərdarlıq: Misli görünməmiş cavab olacaq

"ABŞ Hörmüz boğazındakı dəniz blokadasını davam etdirəcəyi təqdirdə, İran praktik və misli görünməmiş hərbi tədbirlər tətbiq etməyə hazırdır".

Moderator.az xəbər verir ki, bunu "Press TV"yə müsahibəsində İranın yüksəkvəzifəli mənbəsi bildirib.

Onun sözlərinə görə, İran silahlı qüvvələri səbrin həddi olduğunu və Vaşinqtonun mövcud addımları davam edərsə, sərt cavabın zəruri olduğunu hesab edir.

"Guya blokada adı altında davam edən dəniz quldurluğu və banditizm hərbi cavabla qarşılaşacaq", - deyə mənbə qeyd edib.

O vurğulayıb ki, Tehranın indiyədək nümayiş etdirdiyi təmkin diplomatiyaya şans vermək və ABŞ-nin münaqişəni yekunlaşdırmaq üçün İranın şərtlərini qəbul etməsinə imkan yaratmaq məqsədi daşıyırdı.

"Təzyiq davam edəcəyi və İranın şərtlərindən imtina olunacağı təqdirdə, düşmən başqa tip cavabla qarşılaşacaq", - deyə mənbə bildirib.

O əlavə edib ki, blokadanın daha da gücləndirilməsi nəticədə ABŞ-yə İrandan daha çox zərər verə bilər.

Seçilən
31
4
moderator.az

5Mənbələr