AZ

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kolumbiya xarici işlər nazirinin müavini Xuana Esperansa Kastro Santamariya ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə H.Hacıyev öz sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, görüş zamanı tərəflər səmərəli müzakirələr aparıb və ölkələr arasında siyasi dialoqun mövcud səviyyəsi ümidverici qiymətləndirilib.

H.Hacıyev qeyd edib ki, iqtisadi-ticarət, mədəni-humanitar, turizm və insanlararası əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Paylaşımda həmçinin vurğulanıb ki, Azərbaycan və Kolumbiya mina problemi ilə üzləşən ölkələrdir, bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları da müzakirə olunub.

Hacıyev ispan dilinin Azərbaycanda təşviqinə göstərilən dəstəyə görə Kolumbiya tərəfinə təşəkkürünü ifadə edib.

Seçilən
37
8
nocomment.az

10Mənbələr