AZ

Yuventus 27 yaşlı futbolçunu geri qaytarmaq istəyir Spallettinin hücum planı

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

Luçano Spalletti “Yuventus”un hücum xəttində Duşan Vlahoviç və Randal Kolo-Muaninin birlikdə oynamasını istəyir.

Sportal.az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçunun transferi mümkündür və bu keçid 30 milyon avroya başa gələ bilər.

Həmçinin PSJ Turin klubundan Qonsalu Ramuşla maraqlanıb-maraqlanmadıqlarını soruşub. Cavab isə “soyuq” olub, çünki “Yuventus” Kolo-Muaniyə üstünlük verir.

Randal ötən mövsümün ikinci yarısında "Yuventus"un heyətində çıxış etmiş və A Seriyasında 16 oyunda 8 qol vurmuşdu. Hazırda isə o, “Tottenhem”də çıxış edir.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
sportal.az

2Mənbələr