AZ

“Napoli”nin futbolçusu “Milan”ın hədəfində

“Napoli”nin mərkəz yarımmüdafiəçisi Andre-Frank Zambo-Anqissa yayda klubunu dəyişə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Calciomercato” məlumat yayıb. Mənbənin bildirdiyinə görə, kamerunlu futbolçu “Milan”ın diqqətini cəlb edib. “Qırmızı-qaralar”ın rəhbərliyi hələ “Napoli” ilə rəsmi əlaqə saxlamasa da, oyunçuya ciddi maraq göstərir.

Qeyd olunur ki, “Milan”ın baş məşqçisi Massimiliano Alleqri fiziki cəhətdən güclü mərkəz yarımmüdafiəçisinə ehtiyac duyur.

Cari mövsümdə 30 yaşlı futbolçu bütün turnirlərdə 21 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
49
90deqiqe.az

1Mənbələr